Türkiyədə sel fəlakətində ölənlərin sayı 40-a çatıb | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə sel fəlakətində ölənlərin sayı 40-a çatıb

S.Xankişiyeva10:13 - 14 / 08 / 2021
Türkiyədə sel fəlakətində ölənlərin sayı 40-a çatıb

Türkiyədə sel fəlakəti nəticəsində ölənlərin sayı 40-a yüksəlib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə,Kastamonu şəhərində 34, Sinopda isə 6 nəfər həyatını itirib.

Hazırda itkin düşən 1 nəfərin axtarışları davam etdirilir.

Qeyd edək ki, Türkiyənin Qara dəniz sahillərində yerləşən Kastamonu, Bartın və Sinop şəhərlərində leysan yağışları nəticəsində sel fəlakəti yaşanıb. Genişmiqyaslı dağıntılar baş verib, şəhərlərə böyük ziyan dəyib.

Paylaş:
804

Son xəbərlər

Bütün xəbərlər