Haitidə zəlzələ nəticəsində ölənlərin sayı 1419-a çatıb
Haitidə şənbə günü baş verən zəlzələ zamanı ölənlərin sayı 1419 nəfərə yüksəlib, təxminən 7 min nəfər yaralanıb.
1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə bazar ertəsi respublikanın Mülki müdafiə idarəsi məlumat yayıb.
Bildirilib ki, ölkənin cənubda 1133, “Grand Anse”də 162, Nippdə 122 və Şimal-Qərbdə 2 nəfər ölüb. 6900-dən çox yaralı haqqında da məlumat var.
Səlahiyyətlilərə görə, bölgədəki 37 mindən çox bina tamamilə və ya qismən dağılıb, hazırda xilasedicilər dağıntılar altında insanları axtarmağa davam edirlər.
Qeyd edək ki, avqustun 14-də səhər saatlarında Haitidə 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri, təxminən 125 min nəfər əhalisi olan Le Quet kommunasından 40 km aralıda, 10 km dərinlikdə qeydə alınıb.
Hökumət ölkədə bir aylıq fövqəladə vəziyyət tətbiq edib.
1news.az