Mühərriki nasaz olan gəmidə 47 nəfər aclıqdan ölüb | 1news.az | Xəbərlər
Dünya

Mühərriki nasaz olan gəmidə 47 nəfər aclıqdan ölüb

17:40 - 18 / 08 / 2021
Mühərriki nasaz olan gəmidə 47 nəfər aclıqdan ölüb

Kanar adalarına çatmağa çalışan 50-dək miqrant gəmidə aclıqdan və susuzluqdan ölüb.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Pais” qəzeti Beynəlxalq Miqrasiya Təşkilatına istinadən yazıb.

Müxtəlif Afrika ölkələrindən olan 54 miqrantı daşıyan gəmi avqustun 2-də Mərakeş sahillərindən hərəkət edib. Gəmi sulara açıldıqdan bir-iki gün sonra Atlantik okeanında mühərriki sıradan çıxıb. Bir neçə gün sonra gəmidə qida və su ehtiyatı tükənib və miqrantlar bir-birinin ardınca ölməyə başlayıb.

Ötən gün gəmi Mavritaniya sahillərində, Nuadibu şəhəri yaxınlığında sahildə aşkar edilib. Sahil Mühafizəsinin əməkdaşları gəmidə yalnız 7 nəfərin – bir qadın və altı kişinin sağ qaldığını müəyyən ediblər. Qalan 47 nəfər ölüb.

1news.az

Paylaş:
866

Son xəbərlər

Bütün xəbərlər