Azərbaycan nefti bahalaşıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan nefti bahalaşıb

13:12 - 24 / 08 / 2021
Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 23-də 68,12 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,48 dollar/barel çoxdur.

1news.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 67,44 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,49 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 64,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,53 dollar/barel çoxdur.

Paylaş:
392

Son xəbərlər

Bütün xəbərlər