Cari ildə “Şahdəniz”dən 12 milyard kubmetr təbii qaz çıxarılıb
Yanvar-iyul aylarında ölkədə 24,1 milyard kubmetr təbii qaz hasil edilib.
1news.az-ın xəbərinə görə, Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qazın 7,5 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 12 milyard kubmetri “Şahdəniz”dən, 4,6 milyard kubmetri SOCAR-dan hasil olunub.
Ötən ilin müvafiq dövrünə nisbətən 7,8 faiz, yəni 1,7 milyard kubmetr artımla qaz hasil edilib.
394