ABŞ-ın bir neçə təyyarəsi, helikopteri və raketi taliblərin əlinə keçib | 1news.az | Xəbərlər
Dünya

ABŞ-ın bir neçə təyyarəsi, helikopteri və raketi taliblərin əlinə keçib

09:14 - 24 / 08 / 2021
ABŞ-ın bir neçə təyyarəsi, helikopteri və raketi taliblərin əlinə keçib

“Taliban” hərəkatı Amerikanın bir neçə təyyarəsini, hərbi helikopterini və tank əleyhinə raketini ələ keçirib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Al Arabiya telekanalı mənbələrə istinadla məlumat yayıb. Telekanalın məlumata görə, baş verənlər Pentaqonun narahatlığına səbəb olub.

Mənbələr bildirirlər ki, taliblərin əlinə keçən silahın zərərsizləşdirilməsi barədə qərar hələlik qəbul edilməyib: “Ola bilsin ki, taliblər təyyarə və helikopterlərdən istifadə etməyə çətinlik çəksinlər. Belə ki, onların pilotları yoxdur, texniki xidmət də onlar üçün əlçatan deyil”.

Həmçinin bildirilir ki, ABŞ “Taliban” hərəkatının hərbi anbarlarına zərbə endirmək də daxil olmaqla, ayrı-ayrı əməliyyatların keçirilməsinə dair qəbul etmək üçün təxliyə prosesinin yekunlaşmasını gözləyir.

Paylaş:
965

Son xəbərlər

Bütün xəbərlər