“Dövlət bu bəlanın verdiyi fəsadlara görə əlavə yüklənmək arzusunda deyil” - Deputatdan ÇAĞIRIŞ | 1news.az | Xəbərlər
Siyasət

“Dövlət bu bəlanın verdiyi fəsadlara görə əlavə yüklənmək arzusunda deyil” - Deputatdan ÇAĞIRIŞ

15:26 - 01 / 09 / 2021
“Dövlət bu bəlanın verdiyi fəsadlara görə əlavə yüklənmək arzusunda deyil” - Deputatdan ÇAĞIRIŞ

“Biz özümüzü qorumaqla ətrafımızı, ailəmizi, ümumi məhfum olaraq dövlətimizi qorumuş oluruq. Bir il əvvəl ağır qadağaların mövcud olduğu uzunmüddətli və gərgin günlər yaşadıq”.

Bu sözləri 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov bildirib.

O, qeyd edib ki, qadağaların bərpa olunmasını həm dövlət, həm də vətəndaşlar arzulamır.

“Çünki cəmiyyət vərdiş aldığı normal həyatını yaşamaq istəyir. Dövlət isə bu bəlanın verdiyi fəsadlara görə əlavə yüklənmək arzusunda deyil. Deməli, məntiqlə baxsaq, Azərbaycan dövləti, höküməti və cəmiyyət arzu edir ki, pandemiya tez bitsin. Normal həyat yenidən qayıtsın”.

Deputat əlavə edib ki, son vaxtlar vaksinasiyanın sürətlə aparılmasına baxmayaraq, yoluxanların və ölənlərin sayında artım müşahidə edilir.

“Bu, bizi düşündürməlidir. Nə baş verir? Statistika göstərir ki, yoluxanların böyük əksəriyyıəti vaksinasiyadan kənarda qalanlardır. Həmçinin ölənlərin də demək olar ki, hamı vaksin olunmayanlardır. Deməli, hazırda əsas vəzifəmiz vasksinasiya ilə bağlı düzgün təbliğat aparmaqdır”.

Millət vəkilinin fikrincə yenidən normal həyata qayıtmaq istəyiriksə, o zaman hər bir vətəndaş kütləvi vaksinləşmə prosesinə cəlb olunmalıdır.

“Mütəxəssislərimiz deyir ki, insanların 70 faizi vaksin olunarsa, biz bu bəlaya qalib gəlmək barədə düşünə bilərik. İndiki məqamda hələ ki, dünya tibbi vaksindən başqa digər alternativ yolun mövcud olmadığını bildirir. Ona gorə də ilk vəzifəmiz ehtiyyatlı olmaq, tətbiq edilən qaydalara ciddi riayət etmək vaksin olunmaq üçün aktivliyimizi artırmalıyıq.Ölkəmizin xoşbəxt gələcəyi,sağlam həyat tərzi bizim əlimizdədir.Elə buna görə də bu fürsəti əldən verməyək. Ən əsası da üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirək”.

Aytən Sakitqızı

Paylaş:
673

Son xəbərlər

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29
Bütün xəbərlər