Könül Nurullayeva: Rəqabətli və davamlı təhsil prinsipləri əsas götürülməli, formal təhsildən tamamilə uzaqlaşmalıyıq | 1news.az | Xəbərlər
Siyasət

Könül Nurullayeva: Rəqabətli və davamlı təhsil prinsipləri əsas götürülməli, formal təhsildən tamamilə uzaqlaşmalıyıq

S.Xankişiyeva14:31 - 15 / 10 / 2021
Könül Nurullayeva: Rəqabətli və davamlı təhsil prinsipləri əsas götürülməli, formal təhsildən tamamilə uzaqlaşmalıyıq

Milli Məclisinin 15.10.2021-ci il tarixdə keçirilən iclasında millət vəkili Könül Nurullayeva təhsil haqqında qanun layihəsinin müzakirəsi zamanı bəzi irad və təkliflər irəli sürüb.

Deputat bildirib ki, təhsilin inkişafı daim dövlət siyasətinin əsas prioritetlərindən biri kimi nəzərə alınır və mütəmadi olaraq təhsil sahəsində olan boşluqların aradan qaldırılması, mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Bununla belə, müasir təhsil sistemimizdə hələ də lazımi səviyyədə təşkil edilməyən, təhsil sferasında inkişaf prosesini ləngidən məqamlar müşahidə olunur. Vətəndaşların təhsil almaq imkan və şəraitinin yaxşılaşdırılması, müasir əmək bazarına uyğun kadr hazırlığının həyata keçirilməsi, təhsil siyasətinin təkmilləşdirilməsi, bu sahənin perspektiv imkanlarının genişləndirilməsi qarşıya qoyulan əsas məqsədlərdən hesab olunur.

Millət vəkili qeyd edib ki, “Təhsil haqqında” Qanununa dəyişikliklərə dair lahiyələrdə yüksək texniki peşə təhsili səviyyəsini başa vuran məzunların, təhsil haqqında sənədlərinin ali təhsil müəssisəsinə daxil olmaq üçün əsas yaratması, həmçinin bu şəxslərə yüksək texniki peşə təhsili ilə yanaşı tam orta təhsil hüququnun verilməsi təklif olunmuşdur. “Təkliflər peşə təhsilinin inkişafı üçün olduqca maraqlı və mütərəqqi addımdır” deyən millət vəkili beynəlxalq təcrübəyə nəzər alıb. Bildirib ki, Türkiyə Qanunvericiliyinə əsasən, yüksək texniki peşə təhsilini bitirənlərin təhsil haqqında sənədləri ilə ali təhsil müəssisələrinə qəbul olmaları yetərli deyil. Həmin ölkənin Təhsil Nazirliyi tərəfindən müəyyən olunan əlavə dərslərə də bu kateqoriyadan olan məzunların girməsi barədə məcburi tələb var. Peşə təhsilinin inkişaf etdiyi ölkələrdə sıravi işlər üzrə də əmək bazarında daha peşakar yanaşma mövcuddur: “ABŞ, İngiltərə, Finlandiya təcrübələrinə nəzər salsaq görərik ki, peşə təhsilinə yönələnlər daha azgəlirli ailələrin fərdləri olsalar da, davamlı tədrisə meyillidirlər və daha sonra ali təhsil sahəsinə yönəlirlər. Lakin bu ölkələrdə yaradılan iş imkanlarında peşə təhsili məzunlarının ali təhsil müəssisələrinə qəbul olmaq zərurəti o qədər də yoxdur. Çünki bu təhsillə həyatlarını qura, maddi ehtiyaclarını tamamilə və asanlıqla qarşılaya bilirlər”.

K.Nurullayva onu da diqqətə çatdırıb ki, müzakirəyə çıxarılan qanunun tətbiqi zamanı hər bir halda rəqabətli və davamlı təhsil prinsipləri əsas götürülməli, formal təhsildən tamamilə uzaqlaşmalıyıq: “Həqiqətən də, “Peşə təhsil məktəblərini bitirən şəxslərə ali təhsil müəssisələrinə qəbul olunmaq imkanın verilməsi müsbət nəticələr doğura bilər mi?”, “Bu, peşə təhsilinin mahiyyətindən uzaqlaşmadan hansı qaydalarla realizə olunmalıdır?” kimi suallar var. Belə hesab edirəm ki, peşə təhsil məktəblərini bitirənlərə əlavə kurslar və ya müəyyən müddətlik iş təcrübəsi tətbiq edildikdən sonra verilən sənəd əsasında ali təhsil müəssisələrinə qəbul olmaq üçün müraciət etmək hüququ verilməsi daha yaxşı olar. Əks halda, müəyyən mənada problemlər yaranması mümkündür”.

Paylaş:
743

Son xəbərlər

Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00
Bütün xəbərlər