Azərbaycanla Braziliya arasında təhsil üzrə Saziş təsdiq edilib - FƏRMAN | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycanla Braziliya arasında təhsil üzrə Saziş təsdiq edilib - FƏRMAN

13:12 - Bu gün
Azərbaycanla Braziliya arasında təhsil üzrə Saziş təsdiq edilib - FƏRMAN

2025-ci il sentyabrın 1-də Brazilia şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Braziliya Federativ Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

1news.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Braziliya Federativ Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər