Sabah bəzi ərazilərdə qaz kəsiləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah bəzi ərazilərdə qaz kəsiləcək

17:26 - Bu gün
Sabah bəzi ərazilərdə qaz kəsiləcək

Sabah Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranacaq.

"Azəriqaz"dan 1news.az-a verilən məlumata görə, “Tbilisi prospekti” orta təzyiqli qaz xətti üzərinə tənzimləyici qurğunun və filtrin quraşdırılması ilə əlaqədar 16.10.2025-ci il tarixdə saat 09:30-dan qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri görülən müddətdə Binəqədi rayonunun 6, 7, 8 və 9-cu mikrorayonlarında, M.Ə.Rəsulzadə, Xutor və Biləcəri qəsəbələrinin bir hissəsində istehlakçıların qaz təchizatı müvəqqəti dayandırılacaq.

Paylaş:
103

Son xəbərlər

Bütün xəbərlər