Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

16:56 - Bu gün
Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Oktyabrın 16-sı Azərbaycanın şərq rayonlarından başlayaraq 18-i gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, 17-də yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər