Sumqayıt və Ucarda oğurluqlar edən dəstə üzvləri saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıt və Ucarda oğurluqlar edən dəstə üzvləri saxlanılıb

13:56 - Bu gün
Sumqayıt və Ucarda oğurluqlar edən dəstə üzvləri saxlanılıb

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yerləşən iki evdən oğurluq etməkdə şübhəli bilinən Zahir Rəhimov, İlqar Səfərov, Bayram Təhməzov, Cövlan Kərimov və dəstə üzvü olan bir qadın saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan 1news.az-a verilən məlumata görə, onlar mənzillərdən 13 000 manat və zinət əşyalarını ələ keçirərək aralarında bölüblər.

Bundan əlavə, saxlanılan şəxslərin Sumqayıt şəhəri ərazisində yerləşən daha iki evdən də oğurluq etdikləri müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər