“Bütün bunlar İranın daxilindəki gərginlikləri pərdələmək üçündür” - Deputat | 1news.az | Xəbərlər
Siyasət

“Bütün bunlar İranın daxilindəki gərginlikləri pərdələmək üçündür” - Deputat

12:14 - 20 / 10 / 2021
“Bütün bunlar İranın daxilindəki gərginlikləri pərdələmək üçündür” - Deputat

Uzun müddətdir ki, regionda əsassız olaraq İran tərəfindən İran-Azərbaycan münasibətlərinin gərginləşməsinə cəhdlər olunur. İran çox güman unutmayıb ki, Azərbayca 30 ilə yaxın bir müddətdə təkcə öz ərazilərinin işğalda olması ilə mübarizə aparmayıb, eyni zamanda erməni faşizminə qarşı mübarizə aparıb. Bir sözlə Ermənistanın islamafobiya siyasətinə qarşı mübarizə aparıb.

Məsələ ilə bağlı 1news.az-a danışan siyasi şərhçi Xəyal Bəşirov deyir ki, erməni terrorçularının dağıtdığı maddi-mədəni, tarixi və dini abidələrimizi, məscidlərimizin, müsəlamlar üçün vacib olan qəbir daşlarımızın dağıdılması təkcə bizim üçün deyil, dünya müsəlmaları üçün, o cümlədən İran üçü də vacib əhəmiyyət kəsb etməlidir:

"Böyük təəssüf hissi ilə deyim ki, işğaldan azad edilən ərazilərimizdə qanunsuzluq, talançılıq təkcə erməni terrorçuları tərəfindən deyil, eyni zamanda müsəlman ölkəsi olan qonşumuz İran tərəfindən də həyata keçirilib. Biz bunu dünya ictimaiyyətinin diqqətinə faktlarla çatdırdıq. Düşünürəm ki, Azərbaycanın regionda formalaşdırdığı yeni geosiyasi reallığın şərtləri bir sıra qüvvələrin maraqlarına ziddir, o cümlədən İranın. İran dövləti Ermənistana nəfəslik kimi baxmamalıdır, artıq o dövr artıq arxada qaldı. Bu gün İran dövləti Azərbaycanın regionda formalaşdırdığı sülhün, təhlükəsizliyin, sabitliyin təminatı kimi tədbirlərə dəstək olmalıdır. Amma biz bunun əksii görürük. İran onu iqtisadi blokadaya almış ABŞ-a qarşı mübarizə aparırsa Azərbaycana deyil, Ermənistana təpki göstərməlidir”.

Məsələyə Milli Məclisin deputatı Sabir Rüstəmxanlı da münasibət bildirib:

"İran Azərbaycana qarşı təbliğatını dayandırmır. Rejimin Qafqaz saytı həmişəki kimi yalan yaymaqdadır. Cənub qonşumuzu ən çox narahat edən Azərbaycan-İsrail münasibətləridir. Bütün bunlar İranın daxilindəki gərginlikləri pərdələmək üçündür. İran rejimi çökdüyünü dərk edir”.

Aytən Sakitqızı

Paylaş:
416

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər