Yelo Bank-dan Qarabağın dirçəlişinə dəstək - “Parlaq Zəfər” əmanəti | 1news.az | Xəbərlər
İqtisadiyyat

Yelo Bank-dan Qarabağın dirçəlişinə dəstək - “Parlaq Zəfər” əmanəti

S.Xankişiyeva11:00 - 05 / 11 / 2021
Yelo Bank-dan Qarabağın dirçəlişinə dəstək - “Parlaq Zəfər” əmanəti

Yelo Bank Qarabağ Dirçəliş Fondu (QDF) ilə əməkdaşlığı əsasında yeni “Parlaq Zəfər” əmanətini təqdim edir.

Bu məhsulun əsas fərqləndirici cəhəti odur ki, müştəri bu əmanəti açmaqla həm özü faiz gəliri əldə edir, həm də QDF-ə ianə etmiş olur. Belə ki, illik 10.5% dərəcəsi ilə təklif olunan “Parlaq Zəfər” əmanətindən 10%-i müştəri qazanmış olur, qalan 0.5%-i isə onun razılığı əsasında fonda köçürülür.

“Parlaq Zəfər” əmanətinin məqsədi işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, Qarabağın dayanıqlı iqtisadiyyata və güclü regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstək olub, eyni zamanda Fonda köçürülən ianələrin artımını təşviq etməkdir. Hər bir əmanətçiyə müddətin sonunda Yelo Bank və Qarabağ Dirçəliş Fondunun adından ianə sertifikatı təqdim ediləcək.

Qeyd edək ki, əmanət məhsulu üzrə faizləri pulsuz plastik kart vasitəsi ilə də əldə etmək mümkündür. Əmanət üzrə minimal məbləğ 100 AZN olmaqla 1 illik müddətə və məhdudiyyətsiz sayda açıla bilər. Ötən il müzəffər ordumuzun parlaq zəfəri sayəsində torpaqlarımız işğaldan azad edildi. Bu qələbə torpaqlarımızın bizə necə dəyərli olduğunu bir daha sübut etdi. Yelo Bank illərdir həsrətini çəkdiyimiz torpaqların dirçəlişi üçün hər kəsi görülən işlərə dəstək olmağa və bu əmanətə yatırım etməyə çağırır.

Qarabağın inkişafında sizin də payınız olsun!

Ətraflı: https://www.yelo.az/az/individuals/deposits/zefer-emanet/Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram hesablarımıza yazın, məmnuniyyətlə cavablandıraq!

Yelo Bank - Parlaq Bankçılıq.

Reklam hüququnda

Paylaş:
437

Son xəbərlər

DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12
Bütün xəbərlər