Maliyyə naziri tütün, alkoqol və avtomobillərlə bağlı aksizlərin dəyişməsinə aydınlıq gətirib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Maliyyə naziri tütün, alkoqol və avtomobillərlə bağlı aksizlərin dəyişməsinə aydınlıq gətirib

15:47 - 10 / 11 / 2021
Maliyyə naziri tütün, alkoqol və avtomobillərlə bağlı aksizlərin dəyişməsinə aydınlıq gətirib

“Bu gün Azərbaycanda tütün və alkoqol üçün nəzərdə tutulan rüsumlar dünya ilə müqayisədə aşağıdır”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, rüsumların artırıldığı digər istiqamət əcnəbilər üçün oturum sənədlərinin verilməsi, xarici pasportların verilməsi sahəsindədir: “Elə rüsumlar var ki, 2007-ci ildən bu yana onlara baxılmayıb. Hesab edirəm ki, vaxtaşırı buna baxılmalıdır. 2018-ci ildə 28876 maşın idxal olunubsa, 2020-ci ildə 53 mindən çox maşın idxal olunub. 2021-ci ilin 9 ayı ərzində 63 min maşın idxal olunub. Bunun 60 mini minik avtomobilləridir. Yəni maşınların idxalında hər hansı azalma yoxdur. Bunların köhnə və ya təzə maşınlar olması müzakirə mövzusudur. Buna görə də Vergi Məcəlləsinə dəyişikliklər nəzərdə tutulub. “Dövlət rüsumu haqqında” qanunda və Vergi Məcəlləsində edilən dəyişikliklər büdcə zərfinə daxil olan qanunlardır. Vergi Məcəlləsində növbəti il üçün təklif edilən güzəştlər dövlət büdcəsində vergi daxilolmalarını 50 milyon manat məbləğində azaldacaq. Rüsumlardan dövlət büdcəsinə daxilolmalar artırsa, digər istiqamətdə azalmalar olur".

1news.az

Paylaş:
427

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər