Sahibə Qafarova Ermənistanın mina xəritələrini vermədiyini BQXK rəsmisinin diqqətinə çatdırıb | 1news.az | Xəbərlər
Siyasət

Sahibə Qafarova Ermənistanın mina xəritələrini vermədiyini BQXK rəsmisinin diqqətinə çatdırıb

S.Xankişiyeva15:25 - 25 / 11 / 2021
Sahibə Qafarova Ermənistanın mina xəritələrini vermədiyini BQXK rəsmisinin diqqətinə çatdırıb

Milli Məclisin sədri Sahibə Qafarova Rusiyada Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Beynəlxalq Federasiyasının Avropa üzrə direktoru Birgitte Bischoff Ebbesen ilə görüşüb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, toplantıda Azərbaycanın təşkilatla əməkdaşlığa əhəmiyyət verdiyi vurğulanıb.

Milli Məclisin sədri qarşı tərəfə Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumat verib. O bildirib ki, Birinci Qarabağ müharibəsi zamanı dörd minə yaxın azərbaycanlı itkin düşüb: "Bu gün də onların taleyindən xəbər yoxdur".

S.Qafarova xatırladıb ki, Birinci Qarabağ müharibəsi nəticəsində 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü: "Bu gün onların sosial müdafiəsinin gücləndirilməsi, həyat şəraitinin yaxşılaşdırılması və öz torpaqlarına qaytarılması Azərbaycan üçün prioritet məsələdir".

Parlamentin sədri qeyd edib ki, artıq "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidi yoxdur və münaqişə bitib: "Bəzi beynəlxalq təşkilat təmsilçiləri tərəfindən bu ifadənin işlədilməsi qəti yolverilməzdir. Hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır".

O, görüş çərcivəsində Ermənistanın bütün beynəlxalq qanunları pozaraq mina xəritələrinin hələ də Azərbaycana təhvil vermədiyini də Birgitte Bischoff Ebbesenin diqqətinə çatdırıb.

Qeyd edək ki, Azərbaycan parlamentinin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın Şura və 53-cü plenar iclaslarında iştirak etmək üçün Rusiyada səfərdədir.

Paylaş:
410

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər