COVID-19-la mübarizədə iştirak edən həkimlərin maaşlarına əlavənin verilmə müddəti uzadılıb | 1news.az | Xəbərlər
Siyasət

COVID-19-la mübarizədə iştirak edən həkimlərin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

S.Xankişiyeva17:58 - 26 / 11 / 2021
COVID-19-la mübarizədə iştirak edən həkimlərin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.

1news.az-ın verdiyi xəbərə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2022-ci ilin yanvarın 1-dək uzadılıb.

Qeyd edək ki, bu müddət noyabrın 1-də başa çatmışdı.

Paylaş:
491

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər