Azərbaycan XİN Rusiyaya başsağlığı verib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan XİN Rusiyaya başsağlığı verib

S.Xankişiyeva09:06 - 26 / 11 / 2021
Azərbaycan XİN Rusiyaya başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Kemerovo vilayətindəki "Listvyajnaya" mədənində baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı və xəsarət alanlarla əlaqədar Rusiyanın Xarici İşlər Nazirliyinə başsağlığı verib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan XİN-in Twitter səhifəsində paylaşımda bildirilib.

“Rusiya xalqına, "Listvyajnaya" mədənində baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və bütün yaralıların tezliklə sağalmasını arzu edirik”- paylaşımda qeyd edilib.

Paylaş:
382

Son xəbərlər

Bütün xəbərlər