ATL Tech-in süni intellekt üzrə strateji tərəfdaşı Bakıda – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

ATL Tech-in süni intellekt üzrə strateji tərəfdaşı Bakıda – FOTO

S.Xankişiyeva10:00 - 26 / 11 / 2021
ATL Tech-in süni intellekt üzrə strateji tərəfdaşı Bakıda – FOTO

Azərbaycanın aparıcı informasiya texnologiya şirkətlərindən biri olan ATL Tech, kompüter görmə texnologiyası və maşın öyrənməyə əsaslanan məhsulların yaradılmasında dünya liderlərindən biri olan VisionLabs şirkəti ilə birlikdə 25 Noyabr tarixində “Machines can see in digital transformation” adlı konfrans təşkil etdilər.

Konfrans zamanı Azərbaycandan olan mütəxəssislər və xarici ekspertlər “Süni intellektin rəqəmsal dünyadakı rolu” haqqında öz təcrübə və fərziyyələrini bölüşdü. Konfrans 3 paneldən ibarət olmaqla, gələcəyin şəhəri: texnologiya ilə həyat keyfiyyətin artırılması, süni intellektin bizə vəd etdikləri, intellektual həllər kimi əsas mövzuları əhatə edirdi.

ATL tech şirkətin direktoru Anar Əliyevin sözlərinə görə keçirilən tədbir ölkəmizin bu istiqamət üzrə inkişafında daha bir addımdır.

“Biz inanırıq ki, bu kimi tədbirlərin keçirilməsi informasiya texnologiyaları sahəsinə marağı olan bazar iştirakçıları, o cümlədən sahəyə marağı olan gənclər üçün yeni istiqamətlər kəşf etməyə imkan yaradacaq. Tədbirdə ekspert qismində iştirak edən hər bir spikerin söylədikləri real təcrübəyə əsaslanır və konfrans iştirakçıları üçün olan faydası əvəzsizdir.”

Konfransda paylaşılan məlumat və təcrübələrin daha çox auditoriya çatması üçün canlı olaraq da tədbiri izləmək şansı yaradılmışdı.

Anar Əliyev konfransın digər tərəfdaşı olan VisionLabs şirkəti haqqında fikir söyləyərək, partnyorlarının maliyyə və nəqliyyat, pərakəndə satış üzrə beynəlxalq texnoloji korporasiya olduğunu vurğuladı. “Şirkətin əsas məhsulları LUNA, kompüter görmə və video analitika platforması və özəl texnologiyalara əsaslanan qurğular (Luna Ace, Luna Pos, Luna Thermo və s.) toplusudur. Düşünürük ki, yeni tərəfdaşımız ilə birlikdə Azərbaycanda süni intellekt istiqamətində irəliləyiş əldə edərək, şirkətlərə yeni həll yolları təklif edə bilərik.

Tədbirdə spiker kimi iştirak edən və “Ağıllı şəhər və bankçılıqda kompüter görmə” mövzusunda çıxış edən VisionLabs-ın baş direktoru Dmitri Markov ATL tech ilə əməkdaşlıq haqqında bunları dedi.

“VisionLabs-ın beynəlxalq tərəfdaş şəbəkəsini genişləndirməyə davam edirik və ATL Tech kimi etibarlı şirkətlə əməkdaşlıq etməkdən məmnundur. Biz birlikdə bazar tələblərini daha dəqiq qiymətləndirə və buna uyğun olaraq yüksək texnoloji həllər təklif edə biləcəyik. Ümid edirik ki, əməkdaşlığımız məhsuldar olacaq və Azərbaycanda Süni İntellektin inkişafına öz töhvəsini verəcək”, - bildirib.

Qeyd edək ki, ATL Tech şirkəti Azərbaycanda İT konsaltinq, sistem inteqrasiyası, proqram təminatı və həllər daxil olmaqla geniş çeşiddə məhsul və xidmətlər təklif edirik. Şirkət həm yerli, həm də qlobal şirkətlərə xidmət göstərməklə onların İT problemlərini həll etməyə və müştərilərinin gündəlik əməliyyatlarını sadələşdirməkdədir.

Reklam hüququnda

Paylaş:
394

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər