Prezident İlham Əliyevlə Aleksandr Lukaşenko arasında telefon danışığı olub | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyevlə Aleksandr Lukaşenko arasında telefon danışığı olub

S.Xankişiyeva16:35 - 27 / 11 / 2021
Prezident İlham Əliyevlə Aleksandr Lukaşenko arasında telefon danışığı olub

Noyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında telefon söhbəti olub.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.

Dövlət başçıları Azərbaycan-Belarus münasibətlərinin uğurlu inkişafını məmnuniyyətlə qeyd edib, siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparıblar.

Telefon söhbəti zamanı, həmçinin gələcək təmaslar müzakirə edilib.

Paylaş:
773

Son xəbərlər

Bütün xəbərlər