Nursultan Nazarbayev Azərbaycan Prezidentinə başsağlığı verib | 1news.az | Xəbərlər
Rəsmi

Nursultan Nazarbayev Azərbaycan Prezidentinə başsağlığı verib

S.Xankişiyeva11:13 - 01 / 12 / 2021
Nursultan Nazarbayev Azərbaycan Prezidentinə başsağlığı verib

Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın Birinci Prezidenti - Elbası Nursultan Nazarbayevə telefonla zəng edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, dövlətimizin başçısı 30 il bundan əvvəl Qazaxıstanın ilk Prezidenti seçilən Nursultan Nazarbayevi Qazaxıstan Respublikasının Birinci Prezidenti Günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb. Prezident İlham Əliyev Nursultan Nazarbayevin müasir Qazaxıstan dövlətçiliyinin əsasını qoyduğunu vurğulayaraq qeyd edib ki, məhz onun müdrik siyasəti və yorulmaz fəaliyyəti nəticəsində ölkə müstəqillik qazandığı ilk günlərdən tarixi sınaqlardan çıxaraq bütün sahələrdə sürətli inkişaf yolu keçib, beynəlxalq aləmdə layiqli yerini tutub. Dövlətimizin başçısı Nursultan Nazarbayevlə xalqımızın ümummilli lideri Heydər Əliyev arasında dostluq əlaqələrinin ikitərəfli münasibətlərimizin möhkəm təməlini qoyduğunu vurğulayıb.

Təbrikə və xoş sözlərə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Nursultan Nazarbayev ümummilli lider Heydər Əliyevlə dostluğunu ehtiramla yad edərək qeyd edib ki, Ulu Öndərin müdrik və uzaqgörən siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu siyasət Azərbaycana bütün sahələrdə böyük nailiyyətlər qazandırıb. Nursultan Nazarbayev Vətən müharibəsində Azərbaycanın Qələbəsinin önəmini qeyd edib.

Prezident İlham Əliyev və Nursultan Nazarbayev ölkələrimiz, xalqlarımız arasında dostluq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə ediblər.

Telefon söhbəti zamanı Nursultan Nazarbayev helikopter qəzası nəticəsində hərbi qulluqçularımızın həlak olması ilə əlaqədar Prezident İlham Əliyevə başsağlığı verib.

Azərbaycan Prezidenti başsağlığına görə minnətdarlığını bildirib.

Paylaş:
446

Son xəbərlər

Bakıda bir yolda hərəkət məhdudlaşdırılacaq - XƏRİTƏBu gün, 11:29Xarici ölkələrdə işlə təmin etmək adı altında vətəndaşların pullarını alan iki vəzifəli şəxsə cinayət işi açıldıBu gün, 11:22Azyaşlılar Bakı-Sumqayıt qatarına daş atdı - Şüşə sındı - VİDEOBu gün, 11:12Azərbaycanın iqtisadiyyat nazirinə yeni müavin təyin olunubBu gün, 11:03FHN əməkdaşları ötən gün 5 nəfəri xilas edibBu gün, 10:54Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaqBu gün, 10:44Azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən iki nəfər saxlanılıbBu gün, 10:14Ombudsman Aparatı Başlıbel faciəsi ilə bağlı paylaşım edibBu gün, 10:07Şənbə günü paytaxtda iməcilik olacaqBu gün, 10:06Başlıbel faciəsindən 31 il ötürBu gün, 09:57Xankəndidə qumbara və avtomatlar tapılıbBu gün, 09:42Xətai rayonunda yük maşını ilə minik avtomobili toqquşub, ölən varBu gün, 09:32AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:22Binəqədi-Balaxanı şosesində yük maşını aşıb, yolda tıxac yaranıbBu gün, 09:16Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 09:06“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb17 / 04 / 2024, 17:56Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb - FOTO17 / 04 / 2024, 17:47Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır17 / 04 / 2024, 17:41Azərbaycan baleti İtaliyada təmsil olunacaq17 / 04 / 2024, 17:25ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!17 / 04 / 2024, 17:19
Bütün xəbərlər