ATƏT PA-nın Stokholmda keçirilən büro iclasında Azərbaycandan Türkiyəyə dəstək | 1news.az | Xəbərlər
Siyasət

ATƏT PA-nın Stokholmda keçirilən büro iclasında Azərbaycandan Türkiyəyə dəstək

S.Xankişiyeva11:19 - 02 / 12 / 2021
ATƏT PA-nın Stokholmda keçirilən büro iclasında Azərbaycandan Türkiyəyə dəstək

ATƏT Parlament Assambleyasının Stokholmda keçirilən büro iclasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı və ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Türkiyəyə əleyhinə səsləndirilən çağırışlara qarşı çıxış edib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, dekabrın 1-də İsveçin paytaxtı Stokholm şəhərində ATƏT PA-nın büro iclasında Kiprdən olan vitse-prezident İrene Çaralambides çıxışında Avropada cərəyan edən miqrant probleminə toxunub. Kiprin nümayəndəsi ölkəsinin və Yunanıstanın miqrant böhranının birbaşa təsiri altında olduğunu və problemin həlli üçün böyük vəsaitlərin sərf edildiyini bildirib. Çıxışının davamında o, miqrant probleminin daha səmərəli həlli üçün Türkiyəyə verilən milyardlarla avro maddi yardımın əvəzinə bu vəsaitin digər ölkələrə verilməsinə çağırış edib.

Buna cavab olaraq ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev söz alıb, Kipr nümayəndəsinin qaldırdığı məsələyə etirazını bildirib. A.Quliyev deyib ki, ölkələr arasında belə bir ayrı-seçkilik yolverilməzdir, Türkiyəyə qarşı bu cür seleketiv və ikili yanaşma tamamilə əsassızdır. Azay Quliyev diqqətə çatdırıb ki, 4,5 milyon qaçqının sığındığı Türkiyəyə qarşı ədalətsiz yanaşmaya yol verilməməlidir. Türkiyə son 10 ildə qaçqınların problemlərinin həlli üçün 40 milyard dollardan çox vəsait xərcləyib və bunu gözardı etmək olmaz.

Azay Quliyev sonda ATƏT və Aİ ölkələrini bu əhəmiyyətli məsələdə Türkiyəni maddi baxımdan dəstəkləməyə və Türkiyənin üzərində olan bu ağır yükü bölüşməyə çağırıb.

Paylaş:
341

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər