Hikmət Hacıyev Beynəlxalq Strateji Kommunikasiya Zirvəsində iştirak edəcək | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev Beynəlxalq Strateji Kommunikasiya Zirvəsində iştirak edəcək

S.Xankişiyeva17:47 - 04 / 12 / 2021
Hikmət Hacıyev Beynəlxalq Strateji Kommunikasiya Zirvəsində iştirak edəcək

Dekabrın 11-12-də İstanbul şəhərində Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən Beynəlxalq Strateji Kommunikasiya Zirvəsi keçiriləcək.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumatda qeyd olunur ki, dünyanın bir çox ekspertinin qatılacağı tədbirdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iştirak edəcək.

Məlumata görə, Hikmət Hacıyev “Qarabağ: Bir Zəfərin kommunikasiyası” mövzusunda çıxış edəcək.

Bildirilib ki, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Zirvəyə videomüraciətlə qatılacaq.

İki gün davam edəcək tədbirdə 30-dan çox ölkənin akademik qurumları, dövlət sektoru, mətbuat, özəl sektor, vətəndaş cəmiyyəti quruluşları, həmçinin beynəlxalq təşkilatlardan nümayəndələr iştirak edəcəklər.

Paylaş:
724

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər