Azərbaycan Almaniyanın yeni hökuməti ilə əməkdaşlığı davam etdirəcək - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Almaniyanın yeni hökuməti ilə əməkdaşlığı davam etdirəcək - FOTO

S.Xankişiyeva17:21 - 09 / 12 / 2021
Azərbaycan Almaniyanın yeni hökuməti ilə əməkdaşlığı davam etdirəcək - FOTO

9 dekabr 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfiri Volfqanq Maniqi qəbul edib.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, Almaniyada yeni hökumətdən formalaşdığını və yeni kanslerin seçildiyini qeyd edən səfir Volfqanq Maniq Azərbaycan ilə münasibətlərin möhkəmlənməsinə önəm verildiyini bildirib. İki ölkə arasında, xüsusilə enerji sahəsində münasibətlərin strateji əhəmiyyət kəsb etdiyi vurğulanıb. Almaniyada yeni hökumətin alternativ enerjiyə keçmək ilə bağlı məqsədlərindən bəhs edən səfir, təbii qazın bu xüsusda keçid enerjisi rolunda çıxış etdiyini söyləyib. Səfir, qarşıdan gələn il təşkil olunacaq “Berlin Enerji Keçidi Dialoqu” tədbiri barədə məlumat təqdim edib.

Nazir Ceyhun Bayramov Almaniyada yeni Kanslerin seçilməsi və yeni hökumətin formalaşması ilə bağlı təbriklərini səfirin diqqətinə çatdırıb. O, iki ölkə arasında dostluq və yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin yeni hökumət ilə də davam etdiriləcəyinə ümid ifadə edib. Azərbaycanın Avropa, o cümlədən Almaniyanın enerji sahəsində etibarlı tərəfdaşı olduğunu vurğulayan nazir, yaşıl enerji və iqlim məsələlərinin Azərbaycan hökumətinin gündəliyində duran əsas məsələlərdən olduğunu söylədi. Nazir, azad olunmuş Qarabağ ərazisinin dövlət rəhbəri tərəfindən yaşıl enerji zonası elan edildiyini Almaniya səfirinin diqqətinə çatdırıb.

Nazir Ceyhun Bayramov, həmçinin bölgədə mövcud olan ən son vəziyyət, o cümlədən Ermənistan ilə münasibətlərin normallaşması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə Almaniya səfirinə məlumat verib. Ermənistanın bu addımlara hələ də, qarşılıq vermədiyi, eyni zamanda təxribatçı addımlarını davam etdirərək bölgədə sülhün təmin olunması prosesinə xələl gətirdiyi qeyd edilib.

Görüşdə tərəflər, münaqişə sonrası mərhələdə bölgədə sülh və təhlükəsizliyin təmin olunması, habelə qarşılılıq maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Paylaş:
390

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər