Azərbaycanın qaytardığı 10 erməni hərbçidən 5-i saxlanıldı | 1news.az | Xəbərlər
Ermənistan

Azərbaycanın qaytardığı 10 erməni hərbçidən 5-i saxlanıldı

09:48 - 10 / 12 / 2021
Azərbaycanın qaytardığı 10 erməni hərbçidən 5-i saxlanıldı

Ermənistanın hüquq-mühafizə orqanları dekabrın 4-də Azərbaycanın təhvil verdiyi 10 erməni hərbçidən 5-ni saxlayıb.

1news.az xəbər verir ki, məlumatı Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan təsdiqləyib.

"Hazırda ağır nəticələrə səbəb olan hərbi xidmət və döyüş növbətçiliyi qaydalarının pozulması faktı üzrə açılmış cinayət işi çərçivəsində 5 hərbçi saxlanılıb", - deyə Tadevosyan bildirib.

Onun sözlərinə görə, hərbçilərin həbsi ilə bağlı məhkəməyə vəsatətlər verilib.

1news.az

Paylaş:
1005

Son xəbərlər

Bütün xəbərlər