Milli Məclisin üzvləri İƏT Pİ-nın iclaslarında iştirak ediblər - FOTO
Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Azərbaycan parlament nümayəndə heyəti İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının (İƏT Pİ) 16-cı konfransında iştirak edib.
1news.az-a Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) ev sahibliyi etdiyi konfrans "Paylaşım, vicdan və İslam: Fələstin, miqrasiya və Əfqanıstan" mövzusuna həsr olunub.
Tədbir çərçivəsində qurumun İƏT Pİ-nin Baş Komitəsinin, Siyasi məsələlər və beynəlxalq əlaqələr, İqtisadi məsələlər və ətraf mühit, İnsan hüquqları, qadın və ailə məsələləri, həmçinin Mədəniyyət məsələləri, sivilizasiyaların və dinlərin dialoqu komitələrinin iclasları keçirilib. İclaslarda Azərbaycan parlament nümayəndə heyətinin üzvləri deputat Ceyhun Məmmədov və Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev iştirak ediblər.
Tədbirlərdə gündəlikdəki sənədlərə münasibət bildirilib, təşkilati məsələlərə baxılıb.