Dünyanın ən bahalı ofisləri olan şəhərlər açıqlanıb
Dünyanın ən bahalı ofis bazarları reytinqində birinci yeri Honkonqun mərkəzi və Nyu-Yorkun Midtaun rayonu bölüşdürüb. Burada premium ofisin 1 kv. metrinin icarəsi ildə 2,9 min dollara başa gələcək.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, JJL şirkətinin ("Jones Lang LaSalle Incorporated" – qlobal kommersiya daşınmaz əmlak xidmətləri şirkəti) açıqlamasında deyilir.
Həmçinin, reytinqə Pekindəki maliyyə küçəsi (bir kvadrat üçün 2,2 min dollar), Londonun Vest-End rayonu (2,1 min dollar) və Silikon Vadisi (1,9 min dollar) daxildir.
"Əgər pandemiya zamanı ofislərin müvəqqəti bağlanması və distant işə keçidlə əlaqədar biznes mərkəzlərinin gələcəyi ilə bağlı sual yaranıbsa, indi infrastrukturu inkişaf etmiş bir çox əsas biznes sahələri işə və ofis məkanları yeni yanaşma tərzi ilə yenidən diqqət mərkəzindədir", - JLL-in şəhərlərin inkişafı üzər qlobal araşdırmalar şöbəsinin direktoru Ceremi Kelli bildirib.
Bütün dünyada premium ofislərə tələbat banklar və maliyyə xidmətləri sektorunun üstünlük təşkil etməsində davam edir. Bildirilir ki, texnologiya şirkətləri, xüsusən də onlayn platformalar üzrə ixtisaslaşmış şirkətlər, eləcə də peşəkar və biznes xidmətləri sektoru ən bahalı bazarlarda əməliyyatların həcminin 17%-ni təşkil edərək ikinci yerdə qərarlaşıb.
1news.az