Bir ailənin 7 üzvünü güllələdilər
Meksikanın Mexiko ştatında naməlum şəxslər bir ailənin yeddi üzvünü güllələnyib.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Milenio” saytı məlumat yayıb. Hadisə yerinə gələn polis avtomat silah güllələrinə məxsus boş gilizlər aşkar edib. Hadisənin motivləri məlum deyil.
Qeyd edək ki, Meksikada ictimai təhlükəsizlik ciddi problemdir. Bu ilin ilk 9 ayı ərzində ölkədə 25 mindən çox qəsdən adamöldürmə faktı qeydə alınıb.
1news.az
478