AZƏRTAC və Kazinform arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub - FOTO | 1news.az | Xəbərlər
Siyasət

AZƏRTAC və Kazinform arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub - FOTO

S.Xankişiyeva16:41 - 18 / 12 / 2021
AZƏRTAC və Kazinform arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub - FOTO

AZƏRTAC və Qazaxıstanın Kazinform informasiya agentliyi beynəlxalq platformalarda qarşılıqlı dəstək, birgə layihələrin həyata keçirilməsi, informasiya mübadiləsinin təkmilləşdirilməsi məsələlərinə diqqəti artırmaq niyyətindədirlər.

Əməkdaşlığın bu və digər perspektivləri AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun Kazinform-un İdarə Heyəti sədrinin müavini – baş redaktor Bibinor Tanelbayeva və beynəlxalq əlaqələr departamentinin müdiri Toqjan Yesenbayeva ilə görüşündə müzakirə olunub.

Qeyd edilib ki, Azərbaycan və Qazaxıstanı tarixi dostluq və qardaşlıq əlaqələri birləşdirir, ölkələrimizin bütün sahələrdə əməkdaşlığı genişləndirilir. AZƏRTAC və Kazinform arasında qurulan sıx tərəfdaşlıq əlaqələri də media sahəsində münasibətlərin böyük inkişaf yolu keçdiyinin təzahürüdür. İki dost agentlik mütəmadi olaraq informasiya və təcrübə mübadiləsi aparır. Eyni zamanda, Dünya Xəbər Agentlikləri Konqresi, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA), Türkdilli Xəbər Agentlikləri Birliyi (TKA) və digər transmilli media platformalarında fəal iştirak edir və bir-birini dəstəkləyir.

Bildirilib ki, Azərbaycan və Qazaxıstanın milli xəbər agentlikləri 1992-ci ildə TKA-nın həmtəsisçiləri sırasında olmaqla, bu təşkilatın işinin canlanması və inkişafı istiqamətində aramsız səylər göstərirlər.

Tərəflər AZƏRTAC və Kazinform arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını geniş müzakirə ediblər. Yenilənən media mühitində rəqabətədavamlı xəbər məhsullarının istehsalı, texnoloji innovasiyaların tətbiqi, beynəlxalq platformalarda qarşılıqlı dəstək, yeni birgə layihələrin reallaşdırılması kimi aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin Kazinform-un Azərbaycandakı xüsusi müxbiri Serikbol Koşmağanbetov iştirak edib.

Paylaş:
421

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər