Zakir Həsənov Kəlbəcər və Laçında hərbi obyektlərin açılışında iştirak edib – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov Kəlbəcər və Laçında hərbi obyektlərin açılışında iştirak edib – FOTO – VİDEO

S.Xankişiyeva10:45 - 18 / 12 / 2021
Zakir Həsənov Kəlbəcər və Laçında hərbi obyektlərin açılışında iştirak edib – FOTO – VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində yüksək dağlıq ərazilərdə xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması üçün görülən işlər davam etdirilir.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, Kəlbəcər və Laçın rayonlarında səfərdə olan Müdafiə Nazirliyinin rəhbərliyi yeni inşa olunmuş hərbi təyinatlı obyektlərin açılışında iştirak edib.

Hərbi qulluqçuların yaşayış yeri ilə tanış olan general-polkovnik Zakir Həsənova məruzə olunub ki, hərbi hissələrdə şəxsi heyət üçün lazımi şərait yaradılıb. Binalar bütün zəruri ehtiyacları təmin etmək məqsədilə müasir avadanlıq, mebel və inventarlarla təchiz edilib. Burada silah otağı, yataqxana, yeməkxana, mətbəx, tibb məntəqəsi, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı və fasiləsiz elektrik enerjisi ilə təmin edən generatorlar mövcuddur. Binalar istilik, işıq və su xətləri ilə təmin olunub.

Hərbi hissələrin avtomobil parkı ilə tanış olan Müdafiə nazirinə bildirilib ki, alınan yeni tırtıllı və xizəkli texnika vasitələri ilə qarla örtülmüş çətin relyefli ərazilərdə şəxsi heyətin, o cümlədən yüklərin fasiləsiz daşınması təmin edilir.

Döyüş hazırlığı planına uyğun olaraq keçirilən məşğələlərin gedişatını izləyən Müdafiə nazirinə məruzə edilib ki, silahlanmaya yeni qəbul olunmuş texnikanın gücü ilə bölmələrin fəaliyyəti daha operativ olub.

Səfər zamanı yeni tikilmiş yeməkxananın da açılışı olub. Müasir avadanlıqla təchiz edilmiş mətbəx, hərbi qulluqçuların isti yeməklə qidalanmasını təmin edən personal üçün ayrıca istirahət otağı, ərzaq anbarları və digər sahələrdən ibarət yeməkxanada sanitar-gigiyenik qaydalara tam riayət olunur.

Müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə müvafiq tapşırıqlar verib.

Paylaş:
378

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər