Cəbrayıl Xanlarova 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verildi
Prezident İlham Əliyev C.E.Xanlarova 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsinin verilməsi haqqında sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Sərəncamla “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”na və 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”na uyğun olaraq qərara alınır:
- Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Eldar oğlu Xanlarova 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilsin.