Azərbaycanla Macarıstan arxiv idarələri arasında Saziş təsdiqlənib | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycanla Macarıstan arxiv idarələri arasında Saziş təsdiqlənib

S.Xankişiyeva17:05 - 22 / 12 / 2021
Azərbaycanla Macarıstan arxiv idarələri arasında Saziş təsdiqlənib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Macarıstan Milli Arxivi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Fərmanla 2021-ci il sentyabrın 22-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Macarıstan Milli Arxivi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilir.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Macarıstan tərəfinə bildiriş göndərəcək.

Paylaş:
432

Son xəbərlər

Bütün xəbərlər