Moldovanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib
Moldova Prezidenti Maya Sandu Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edir və cansağlığı arzulayıram.
Bu yaxınlarda Brüsseldə Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində keçirilmiş görüşümüzdə açıq və konstruktiv söhbətimizi xatırlayıram.
Bu əlamətdar günlə əlaqədar əminliyimi bildirirəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud ənənəvi dostluq və əməkdaşlıq münasibətləri gələcəkdə ölkələrimizin, xalqlarımızın rifahı naminə daha da inkişaf edəcəkdir.
Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".