Təyyarədə pişiyi əmizdirən qadının videosu sosial şəbəkələrdə gündəm oldu - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Təyyarədə pişiyi əmizdirən qadının videosu sosial şəbəkələrdə gündəm oldu - VİDEO

11:57 - 23 / 12 / 2021
Təyyarədə pişiyi əmizdirən qadının videosu sosial şəbəkələrdə gündəm oldu - VİDEO

Təyyarədə pişiyi əmizdirdiyi iddia edilən qadının videosu bir anda sosial mediada gündəm olub.

1news.az-ın milli.az-a istinadən verdiyi xəbərə görə, sözügedən anlar TikTok və Twitter-də milyonlarla baxış toplayıb. Qadının yanındakı kişi vəziyyətdən narahat olaraq təyyarə xidmətçilərinə məlumat verib. Cütlüyün tərəfinə gələn stüardessalar qadından bu vəziyyətə son qoymasını istəyiblər.

Səlahiyyətlilərin tələbinə baxmayaraq, qadın pişiyi qucağından götürməyib və örtüyü açmayıb. Sosial media istifadəçiləri ilk dəfə qarşılaşdıqları vəziyyət qarşısında təəccüblərini gizlədə bilmədiklərini dilə gətiriblər.

1news.az

Paylaş:
476

Son xəbərlər

Bütün xəbərlər