Emin Hüseynov: Xüsusi nümayəndəlik Qarabağda çevik metodlarla bərpaya dəstək olacaq | 1news.az | Xəbərlər
Siyasət

Emin Hüseynov: Xüsusi nümayəndəlik Qarabağda çevik metodlarla bərpaya dəstək olacaq

S.Xankişiyeva10:42 - 24 / 12 / 2021
Emin Hüseynov: Xüsusi nümayəndəlik Qarabağda çevik metodlarla bərpaya dəstək olacaq

"Bərpa işləri ilə bağlı 11 tematik mövzularda işçi qrupu fəaliyyət göstərir. Bu əlaqələndirilmiş fəaliyyətin həyata keçirilməsi üçün məsul qurumlar təyin olunub".

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilən (Şuşa istisna olmaqla) ərazilər üzrə xüsusi nümayəndəsi Emin Hüseynov Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" adlı elmi-praktiki konfransda "İşğaldan azad edilən ərazilərin bərpası və "Böyük Qayıdış" proqramı mövzusunda çıxışı zamanı deyib.

O bildirib ki, iqtisadi rayonların yeni bölgüsü alqışlanan addımdır: "Hər birinin özünün müəyyən müqayisəli üstünlükləri var. Xüsusi nümayəndə təsis edilməsi müasir idarəetmə işi üçün töhfədir və bu daha çevik müasir metodlarla bərpaya dəstək olacaq. Həmin ərazilərin iqtisadi potensialı dəqiq qiymətləndirilməlidir. Hər bir rayonun təbii ehtiyatları, nəqliyyat dəhlizləri nəzərə alınaraq müqayisəli üstünlüklər təhlil edilir. Bərpa və inkişafla bağlı kompleks yanaşma tətbiq olunur. Növbəti mərhələdə sosial xidmətlərlə bağlı addımlar atılacaq. Bu gün Qarabağda həyata keçirilən magistral yolların çəkilişi və digər işlər ən vacib baza infrastruktur layihələrdəndir. Müharibədən əvvəl evlərindən didərgin düşən məcburi köçkünlərin dayanıqlı şəkildə Qarabağa qayıtması əsas hədəflərdəndir".

Ağdamın Qarabağın ən böyük rayonlarından olduğunu vurğulayan E.Hüseynov deyib ki, bu rayon təbii ehtiyatları ilə zəngindir: "Bu ehtiyatlar 1.3 milyard dollar həcmində qiymətləndirilir".

Paylaş:
329

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər