Fransadakı Qarabağ Azərbaycan Məktəbinin kollektivi İlham Əliyevə təbrik məktubu göndərib | 1news.az | Xəbərlər
Rəsmi

Fransadakı Qarabağ Azərbaycan Məktəbinin kollektivi İlham Əliyevə təbrik məktubu göndərib

S.Xankişiyeva12:18 - 24 / 12 / 2021
Fransadakı Qarabağ Azərbaycan Məktəbinin kollektivi İlham Əliyevə təbrik məktubu göndərib

Fransanın Nant şəhərində fəaliyyət göstərən Qarabağ Azərbaycan Məktəbinin kollektivi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Fransanın Nant şəhərində fəaliyyət göstərən Qarabağ Azərbaycan Məktəbinin kollektivi olaraq Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik.

Sizin həyata keçirdiyiniz müdrik siyasət sayəsində Azərbaycan sosial-iqtisadi sahədə böyük nailiyyətlər qazanmış, 30 ilə yaxın işğal altında qalan tarixi torpaqlarımız azad edilmişdir. Bu uğurlar əlbəttə ki, doğma Vətəndən uzaqda yaşayan soydaşlarımız tərəfindən böyük qürurla və rəğbətlə qarşılanmışdır. Siz adınızı tarixin yaddaşına qızıl hərflərlə yazdırdınız.

Möhtərəm Prezident, fürsətdən istifadə edərək dünya azərbaycanlılarına göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk.

Sizi bir daha təbrik edir, möhkəm cansağlığı, fəaliyyətinizdə yeni-yeni uğurlar, doğma Azərbaycanımıza isə hər zaman sülh və firavanlıq arzulayırıq”.

Paylaş:
307

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər