Ceyhun Bayramov Əlcəzairin yeni səfiri ilə görüşüb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov Əlcəzairin yeni səfiri ilə görüşüb - FOTO

S.Xankişiyeva14:21 - 29 / 12 / 2021
Ceyhun Bayramov Əlcəzairin yeni səfiri ilə görüşüb - FOTO

Xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairin Azərbaycana yeni təyin olunmuş səfiri Abdeluahab Osmanı qəbul edib.

Xarici İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, səfir Abdeluahab Osmanın etimadnaməsinin surətini qəbul edən nazir Ceyhun Bayramov Əlcəzair səfirini təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Nazir, Azərbaycanın Əlcəzair ilə münasibətlərin inkişafına yüksək əhəmiyyət verdiyini qeyd edib və bu xüsusda iki ölkə arasındakı yüksək səviyyəli təmasların vacibliyinə istinad edib. Ölkələrimizin siyasi, iqtisadi, humanitar, o cümlədən insanlar arasında əlaqələrin genişləndirilməsi sahələrində qarşılıqlı fəaliyyətin önəm kəsb etdiyi vurğulanıb. Ölkələrimizin BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda uğurla əməkdaşlığını davam etdirdiyi qeyd edilib. Keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Əlcəzairin, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə hər zaman dəstək olmasının tərəfimizdən yüksək qiymətləndirildiyi səfirin diqqətinə çatdırılıb.

Nazir, həmçinin səfirə bölgədə mövcud olan cari vəziyyət, münaqişə sonrası bərpa və quruculuq prosesi, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, Ermənistanla münasibətlərin normallaşması imkanları və bu istiqamətdə Azərbaycan tərəfindən birtərəfli qaydada atılan addımlar, Azərbaycanın bölgənin sülh və təhlükəsizlik şəraitində, tərəqqi içində inkişafına dair gələcəyə baxışı ilə bağlı məlumat verib.

Səfir Abdeluahab Osman Azərbaycana təyinatından məmnunluğunu ifadə edib. O, ölkəsinin hər zaman sülh diplomatyasına üstünlük verdiyini və bu xüsusda, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün imkanların olmasından razılığını bildirib.

Azərbaycan və Əlcəzair arasında siyasi və iqtisadi əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulayan səfir bunun üçün səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüşdə tərəflər, habelə ikitərəfli əlaqələrin inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparıblar.

Paylaş:
360

Son xəbərlər

Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49
Bütün xəbərlər