Azərbaycan erməni əsilli mülki şəxsi Ermənistana təhvil verib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan erməni əsilli mülki şəxsi Ermənistana təhvil verib

S.Xankişiyeva16:40 - 29 / 12 / 2021
Azərbaycan erməni əsilli mülki şəxsi Ermənistana təhvil verib

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

1news.az-ın verdiyi xəbərə görə, məlumatda deyilir:

"Bu gün 1 nəfər erməniəsilli mülki şəxs, 24.04.1971-ci il təvəllüdlü Verdyan Armen Abrikoviç yolu azaraq Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə daxil olub. Azərbaycan humanizm prinsiplərinə sadiq qalaraq həmin şəxsi Ermənistana təhvil verib.

Qeyd edək ki, cari ilin 26 noyabr tarixində də daha bir erməniəsilli mülki şəxs qarşı tərəfə qaytarılıb".

Paylaş:
634

Son xəbərlər

Bütün xəbərlər