“Yüzlərlə ölən və yaralanan var” - Tokayev | 1news.az | Xəbərlər
Siyasət

“Yüzlərlə ölən və yaralanan var” - Tokayev

13:38 - 07 / 01 / 2022
“Yüzlərlə ölən və yaralanan var” - Tokayev

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciət edib.

1news.az xəbər verir ki, Prezident ölkədə konstitusion hakimiyyətin tədricən bərpa olunduğunu, situasiyanın nəzarətə götürüldüyünü qeyd edib.

“Bizim ölkəmizdə antiterror əməliyyatı davam edir. Hüquq-mühafizə orqanlarına və orduya xəbərdarlıqsız atəş açmaq əmri vermişəm".

Qazaxıstan Prezidenti hadisələr zamanı yüzlərlə dinc sakinin, hərbiçinin yaralandığını və öldürüldüyünü əlavə edib.

Tokayev hadisələrdə iştirak edən bütün şəxslərin ən sərt şəkildə cəzalandırılacağına söz verib.

1news.az

Paylaş:
478

Son xəbərlər

Bütün xəbərlər