Ermənistan silahlı qüvvələri Kəlbəcərdəki mövqelərimizi atəşə tutub | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan silahlı qüvvələri Kəlbəcərdəki mövqelərimizi atəşə tutub

S.Xankişiyeva16:25 - 08 / 01 / 2022
Ermənistan silahlı qüvvələri Kəlbəcərdəki mövqelərimizi atəşə tutub

Yanvarın 8-də saat 13:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətindən AQS və iriçaplı silahlardan istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Şəxsi heyət və texnikamızda itki yoxdur.

Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Paylaş:
598

Son xəbərlər

Bütün xəbərlər