Azərbaycan Ordusunda tabor komandirləri ilə toplanışlar keçirilir - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Ordusunda tabor komandirləri ilə toplanışlar keçirilir - FOTO

S.Xankişiyeva12:21 - 08 / 01 / 2022
Azərbaycan Ordusunda tabor komandirləri ilə toplanışlar keçirilir - FOTO

2022-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda tabor, divizion komandirləri və onların müavinləri ilə təlim-metodiki toplanışlar keçirilir.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Toplanışlarda zabitlərin bilik və bacarıqları, eyni zamanda fiziki hazırlığı qiymətləndirilir, müasir ümumqoşun döyüşünün aparılması üzrə nəzəri bilikləri təkmilləşdirilir.

Keçirilən toplanışların əsas məqsədi zabitlərin bölmələri idarəetmə üzrə nəzərə bilikləri və peşəkarlıq səviyyələrinin artırılmasıdır.

Paylaş:
540

Son xəbərlər

Bütün xəbərlər