KTMT sülhməramlıları Qazaxıstandan nə zaman çıxarılacaq? - Putin açıqladı | 1news.az | Xəbərlər
Siyasət

KTMT sülhməramlıları Qazaxıstandan nə zaman çıxarılacaq? - Putin açıqladı

12:42 - 10 / 01 / 2022
KTMT sülhməramlıları Qazaxıstandan nə zaman çıxarılacaq? - Putin açıqladı

Öz funksiyalarını yerin yetirdikdən sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingenti Qazaxıstandan çıxarılacaq.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin KTMT-nin iclasında deyib.

O vurğulayıb ki, sülhməramlı kontingent məhdud müddət ərzində Qazaxıstanda qalacaq.

""Qazaxıstanda vəziyyət tədricən normallaşır, bir sıra vacib obyektlər silahlılardan təmizlənib. Əminəm ki, birgə səylər sayəsində bütün Qazaxıstan ərazisində vəziyyət sabitləşəcək", - deyə V.Putin bildirib.

Paylaş:
515

Son xəbərlər

Bütün xəbərlər