ANAMA ƏDV-dən azad olundu – FƏRMAN | 1news.az | Xəbərlər
Rəsmi

ANAMA ƏDV-dən azad olundu – FƏRMAN

S.Xankişiyeva15:12 - 11 / 01 / 2022
ANAMA ƏDV-dən azad olundu – FƏRMAN

Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısında dəyişiklik edilib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısına Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi də daxil edilib.

Bu fərman 2021-ci il oktyabrın 15-dən tətbiq edilir.

Paylaş:
831

Son xəbərlər

Türkiyədə zəlzələ olub

03 / 06 / 2025, 15:54
Bütün xəbərlər