Avropa Parlamentinin sədri vəfat edib | 1news.az | Xəbərlər
Siyasət

Avropa Parlamentinin sədri vəfat edib

09:17 - 11 / 01 / 2022
Avropa Parlamentinin sədri vəfat edib

Avropa Parlamentinin sədri David Sassoli vəfat edib.

1news.az-ın xəbərinə görə, bu barədə onun mətbuat katibi Roberto Kuilyo məlumat verib.

Sassoli ötən gün səhhətindəki problemlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.

Sassolinin mətbuat katibi bildirib ki, o, İtaliyanın Aviano şəhərindəki onkoloji xəstəxanada dünyasını dəyişib. Ötən həftə koronavirus şübhəsi ilə Strasburqda xəstəxanaya yerləşdirilən siyasətçinin testinin nəticəsi mənfi olmuşdu.

Keçmiş televiziya jurnalisti Sassoli ilk dəfə 2009-cu ildə Avropa Parlamentinin deputatı seçilmiş, 2019-cu ildən isə quruma rəhbərlik edirdi.

1news.az

Paylaş:
339

Son xəbərlər

Bütün xəbərlər