Dünya birjalarında neftin bu günə olan qiyməti | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dünya birjalarında neftin bu günə olan qiyməti

11:52 - 11 / 01 / 2022
Dünya birjalarında neftin bu günə olan qiyməti

Dünya birjalarında neftin bu günə olan qiyməti açıqlanıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,37 artaraq 81,24 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,49 faiz bahalaşaraq 78,72 dollar olub.

Azərbaycan neftinə gəlincə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,54 dollar azalaraq 84,67 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 25-də (88,19) qeydə alınmışdı.

1news.az

Paylaş:
652

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər