Ombudsman ermənilərin ABŞ-dakı təxribatı ilə bağlı bəyanat yayıb | 1news.az | Xəbərlər
Siyasət

Ombudsman ermənilərin ABŞ-dakı təxribatı ilə bağlı bəyanat yayıb

Qafar Ağayev17:49 - 12 / 01 / 2022
Ombudsman ermənilərin ABŞ-dakı təxribatı ilə bağlı bəyanat yayıb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ABŞ-da yaşayan erməni əsilli radikalların təxribatı ilə bağlı müraciət yayıb.

1news.az-ın xəbərinə görə, bəyanatda deyilir:

"Kütləvi informasiya vasitələrində yayılmış məlumata əsasən, bu günlərdə ABŞ-da yaşayan erməni əsilli radikallar 1973-cü ildə Kaliforniya ştatında türk diplomatlarını qətlə yetirmiş erməni terrorçu Qurgen Yanikyanın fotoşəklini Azərbaycanın Los-Ancelesdəki konsulluğunun binası qarşısından asıblar.

Bu isə bir daha təsdiq edir ki, Ermənistan Azərbaycana qarşı təxribatçı əməllərini xalqlar arasında dayanıqlı sülh və barışıq ideyalarının reallaşmasına maneə yaradan, qarşıdurmanı təşviq edən qızışdırıcı xarakterli nifrət dolu çağırışlarla xarici ölkələrdə də davam etdirir.

Xaricdə fəaliyyət göstərən erməni diaspor təşkilatları vasitəsilə ölkəmizə qarşı milli zəmində nifrət məzmunlu zorakılıq çağırışlarını kəskin şəkildə pisləyir, Ermənistanı regionda silahlı münaqişənin yenidən alovlanmasına yönəlmiş təxribatçı əməllərdən çəkinməyə, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmət bəsləməyə, qarşılıqlı faydalı əməkdaşlıq, mehriban qonşuluq və dinc yanaşı yaşamaq prinsiplərinə əməl etməyə çağırıram".

Paylaş:
386

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər