Bakı-Xankəndi dəmir yolu gələn il istifadəyə veriləcək

2030-cu ilə qədər Azərbaycanın rayonlararası dəmir yolu əlaqəsinin genişləndirilməsi çərçivəsində dörd istiqamət üzrə işlərin tamamlanması nəzərdə tutulur.
1news.az Modern.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Dəmir Yollarının (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev saytımıza açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu istiqamətlərdən biri Bakı-Xankəndi dəmir yolu marşrutudur. Həmin marşrutun 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır.
B.Hacıyev qeyd edib ki, növbəti mərhələdə Bakı-Yalama, Bakı-Mincivan və Bakı-Astara dəmir yolu xətlərinin bərpası nəzərdə tutulur.
ADY rəsmisi bildirib ki, qeyd olunan dörd istiqamət üzrə işlərin 2030-cu ilə qədər tamamlanması planlaşdırılır.












