Balakəndə narkotik vasitənin təsiri altında sərnişin daşıyan sürücülər saxlanılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Balakəndə narkotik vasitənin təsiri altında sərnişin daşıyan sürücülər saxlanılıb - FOTO

Qafar Ağayev09:17 - 12 / 01 / 2022
Balakəndə narkotik vasitənin təsiri altında sərnişin daşıyan sürücülər saxlanılıb - FOTO

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətin təhlükəsizliyinin təmini məqsədilə keçirilən nəzarət tədbirləri zamanı narkotik vasitənin təsiri altında sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülər aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, rayon sakinləri, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Kamran Umarovla Rəsul İsmayılovun idarə etdikləri “VAZ-21011” və “VAZ-2107” markalı avtomobillər saxlanılıb. Yoxlama zamanı hər iki sürücünün nəqliyyat vasitəsini etibarnaməsiz sürdüyü müəyyən olunub və onlarda sərxoşluq əlamətləri hiss edildiyindən şöbəyə gətiriliblər. Təyin edilən ekspertizanın da nəticəsinə əsasən K.Umarov və R.İsmayılovun marixuana çəkdikləri sübuta yetirilib.

Keçirilən növbəti tədbir zamanı isə narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən Qullar kənd sakini Bağır Məmmədov saxlanılıb. Araşdırma zamanı onun marixuana qəbul edib, “VAZ-21014” markalı avtomobillə taksi xidməti göstərdiyi məlum olub.

Hər üç sürücü barəsində toplanmış materiallar məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə onların barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Paylaş:
329

Son xəbərlər

Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 2Bu gün, 17:52Azərbaycanın “Olivea” Brendi Beynəlxalq Arenada İrəliləyir: İxracda Uğurlu AddımlarBu gün, 17:46Azərbaycan Ordusunun Baş Qərargah rəisi Romada NATO Müdafiə Kollecində olubBu gün, 17:39Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə olubBu gün, 17:37Azərbaycan Səudiyyə İnkişaf Fondu ilə əlaqələri genişləndirmək istəyirBu gün, 17:29“Youtube” şirkətinin həmtəsisçisi Bakıda sammitdə iştirak edəcəkBu gün, 17:16İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edibBu gün, 17:09Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olunduBu gün, 16:40Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaqBu gün, 16:27Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olubBu gün, 16:21QAİ ABŞ Konqresində keçirilmiş dinləmələrdə ölkəmizin əleyhinə səsləndirilən ittihamlarla bağlı bəyanat yaydıBu gün, 15:58“İnstagram”da qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub, 9 nəfər tutulub - FOTOBu gün, 15:33Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi gününü təbrik edibBu gün, 15:08Bakıda azyaşlıya qarşı zorakılıq edən şəxs işdən çıxarıldı - VİDEOBu gün, 14:58Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilibBu gün, 14:55Səhiyyə Nazirliyi Zəngilanda ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı tibbi baxışlar keçiribBu gün, 14:34Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edilibBu gün, 14:25Sükan arxasında yuxusuzluq növbəti dəfə faciəvi sonluqla bitdiBu gün, 14:23Cahit Bağçı Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edibBu gün, 14:01Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıbBu gün, 13:45
Bütün xəbərlər