Hulusi Akar Zakir Həsənova başsağlığı verib
Yanvarın 12-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyə Milli Müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.
Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
H.Akar Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı başsağlığı verib.
H.Akar Türkiyə Silahlı Qüvvələrinin hər zaman olduğu kimi bu gün də haqq savaşında Azərbaycanın yanında olduğunu bildirib.
Mövzu ilə əlaqədar oxuyun:
Ötən gecə Ermənistan dövlət sərhədində yenidən təxribatlar törədib – MN
Ombudsman beynəlxalq və regional təşkilatları Ermənistan barədə qəti tədbirlər görməyə çağırıb