Azərbaycan neftinin qiyməti bu ilin rekordunu təzələyib
Dünya birjalarında neftin bu günə olan qiyməti açıqlanıb.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,25 dollar ucuzlaşaraq 84,42 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,26 dollar azalaraq 82,38 dollar olub.
Azərbaycan neftinə gəlincə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,57 dollar artaraq 88,45 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin ötən il ərzində maksimum qiyməti oktyabrın 25-də (88,19) qeydə alınmışdı.
1news.az
427